Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə  Unikal.org-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.