Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" (İspaniya) oyununun yeri müəyyənləşib.

Unikal.org xəbər verir ki, bu barədə Ağdam klubunun direktoru Emrah Çelikel məlumat verib. O, görüşün Türkiyədə olacağını bildirib.

Oyun oktyabrın 29-da İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək.

Klub rəsmisi qeyd edib ki, UEFA hələlik bu oyunla bağlı qərar verib. "Qarabağ"ın digər iki ev oyunu ilə bağlı qərarlar isə daha sonra açıqlanacaq.

Xatırladaq ki, UEFA-nın Dağlıq Qarabağdakı gərgin vəziyyəti nəzərə alaraq “Qarabağ”ın ev oyunlarını neytral meydanda keçirilməsi ilə bağlı qərar verib. Qərara əsasən, "Qarabağ" "Vilyarreal"dan başqa, "Makkabi" (İsrail) və "Sivasspor"la (Türkiyə) da neytral meydanda qarşılaşmalıdır.