ABŞ-ın sabiq prezidenti Barak Obama Pensilvaniya ştatında demokratların prezidentliyə namizədi olan Co Baydenə dəstək nümayiş etdirib.

Unikal.org xəbər verir ki, eks-prezident əlinə meqafon alaraq Bayden üçün xalqdan səs istəyib.

Bildirək ki, 2016-cı ildə Tramp Pensilvaniya ştatında qələbə çalmışdı. Pensilvaniya ABŞ seçkilərində mühüm əhəmiyyət daşıyan əyalətlər sırasındadır.

Qeyd edək ki, ABŞ-da 3 noyabrda prezident seçkiləri keçiriləcək.

Qalan müddət ərzində Donald Tramp və Co Bayden seçicilərə vədlərini çatdırmağa davam edir.