Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 423 mindən çox artıb.

Unikal.org xəbər verir ki,  bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 423 819 nəfər yeni koronavirusa yoluxub, 6 424 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 41 104 946, ölənlərin isə 1 128 325 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.