Kolumbiyanın şimal-qərbində Nekokli bələdiyyəsində asma körpü uçub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, furqon tipli avtomobil çayın üzərindəki asma körpünü keçməyə çalışarkən, körpü çəkiyə tab gətirməyərək uçub.

Məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər həlak olub.

İnsidentlə bağlı araşdırma aparılır.