Ermənistanda daha 2 474 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 73 310-a yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 14 nəfər artaraq 1 145-ə çatıb. İndiyədək 50 276 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 21 560 aktiv koronavirus xəstəsi var.