Azərbaycanın işğal altında olan torpaqlarında - Dağlıq Qarabağda gedən döyüşlərdə Ermənistan parlamentinin sabiq deputatı David Matevosyan öldürülüb.

Unikal.org xəbər verir ki, onun Azərbaycan hərbçiləri tərəfindən məhv edilməsi xəbərini qızı Ermina Matevosyan özünün “facebook” səhifəsində yazıb.

Qeyd edək ki, o, Azərbaycan Ordusunun öz torpaqları uğrunda qətiyyətli mübarizəsi şəraitində Birinci Qarabağ Müharibəsində iştirak edib. Matevosyan 1995-1999-cu illər arasında deputat olub.