Oktyabrın 23-də saat 12.00 radələrində Ağcabədi rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Unikal.org-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.