“Epidemiyanın sürətlə çoxalması bizi Fransanın 38 departamentində və digər ərazilərdə oktyabrın 23-dən etibarən komendant saatı tətbiq etməyə məcbur etdi”.

Unikal.org  xəbər verir ki, bu barədə Fransanın Baş naziri Jan Kasteks mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, komendant saatı qeyd edilən bölgələrdə axşam saat 21:00-dan səhər 6:00-a qədər qüvvədə olacaq.

O, əlavə edib ki, vəziyyətdən asılı olaraq komendant saatı ilin sonunadək davam edə bilər.