Azərbaycan və Gürcüstan prezidentləri arasında telefon danışığı olub
Azərbaycan və Gürcüstan prezidentləri arasında telefon danışığı olub

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 21-də Gürcüstan prezidenti Mixeil Saakaşviliyə zəng edib.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı Mixeil Saakaşvilini ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.
Gürcüstan Prezidenti təbrikə və diqqətə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Azərbaycanla Gürcüstan arasında ikitərəfli münasibətlərin gələcəkdə də inkişaf edəcəyinə əmin olduqlarını vurğulayıblar.