Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Xankəndindən qaçıb.

Unikal.org xəbər verir ki, sentyabrın sonlarında Qarabağa gələn Akopyan dünən Xankəndini tərk edərək, Gorus şəhərinə gedib.

Ermənistan baş nazirinin qızı Məryəm Paşinyanın sosial şəbəkələrdəki son paylaşımında anası ilə Ermənistanın Gorus şəhərində kafedə olduqları görünür.