Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Unikal.org xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda səfərdə Polşa ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan yığmasının 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Bu nəticədən sonra Polşa D qrupunda 11 xalla birinci pillədə qərarlaşıb. Sonuncu - beşinci sıradakı Azərbaycan millisinin isə xalı yoxdur