Niderlandda quş qripi faktı aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu qrip növü vəhşi quşlarda müşahidə edilib. Belə ki, Utrext şəhərinin Koçengen kəndində 6 vəhşi ördək ölü halda tapılıb. Təhlillər zamanı onlardan ikisində quş qripi olduğu üzə çıxıb.

Niderland Kənd Təsərrüfatı Nazirliyi məsələ ilə bağlı açıqlama verərək virusun Rusiyadan və Qazaxıstandan köç edən quşlar vasitəsilə yayıldığının ehtimal edildiyini vurğulayıb.