“İnter”in futbolçusu Əşrəf Hakimi növbəti dəfə koronavirus testi verib.

Unikal.orgxəbər verir ki, mərakeşli müdafiəçinin test nəticəsi mənfi olub. Bu barədə “İnter”in mətbuat xidməti məlumat yayıb. Hakiminin cümə axşamı verdiyi koronavirus testinin nəticəsi mənfi olub.

Müdafiəçi bu gün növbəti dəfə test verəcək və nəticə yenə mənfi olsa, Hakimi artıq komanda ilə məşqlərə qoşulacaq.

21 yaşlı futbolçunun oktyabrın 21-də verdiyi koronavirus testi müsbət çıxmışdı.