Fransa Türkiyədəki səfirini geri çağırıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, səfərin geri çağrılmasına səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makrona “zehni ilə bağlı müalicəyə ehtiyacı var” ifadəsi olub.

Fransa Prezidentinin ofisinin yaydığı açıqlamada Ərdoğanın sözlərinin tənqid deyil, təhqir olduğu qeyd edilib. Həmçinin Türkiyənin Parisdəki səfiri bu gün Fransa XİN-ə dəvət edilib.