Əfqanıstan təhlükəsizlik qüvvələri Əl-Qaidə liderlərindən birini zərərsizləşdirib.

Unikal.org  xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Təhlükəsizlik qüvvələrinin Qəzni əyalətində keçirdiyi əməliyyat çərçivəsində terror təşkilatının liderlərindən Əbu Muhsin əl-Masrini məhv edilib.

Bildirilir ki, onun adı ABŞ Federal Təhqiqat Bürosunun (FTB) ən çox axtarılan terrorçuların siyahısında yer alıb.

Əbu Muhsin əl-Məsri ABŞ-da xarici terror təşkilatına maddi dəstək verməkdə günahlandırılıb.