Ermənilər beynəlxalq hüququ öldürür.

Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə mətbuatına müsahibəsində belə deyib.

Komitə sədri bildirib: “Ortada sadəcə Ermənistanın hücumu yoxdur. Muzdlu döyüşçülər də var. Çox öncədən muzdlu döyüşçülər hazırlanıbmış. Bunlar Azərbaycana düşmənlik bəsləyən Suriya və Liviyadan gətirilən şəxslər, PKK və YPG terrorçuları ilə Avropadan gələnlərdən ibarətdir. Paşinyan (Ermənistanın baş naziri – red.) açıq şəkildə “erməni əsillilər burada döyüşür” deyir. Hamısını bilirik. Bu şəxsləri beynəlxalq məhkəməyə verəcəyik.

Ermənilər beynəlxalq hüququ öldürür. Dinc sakinlər bombalanarkən beynəlxalq qurumlar hara baxırdı? Anlamaq istəmirlər. “Türklərə qarşı böyük savaş” deyə açıq şəkildə yazı yazırlar”.