Ermənistanda daha 973 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org xəbər verir ki, bununla da Ermənistanda virusa yoluxanların sayı 78 810-a yüksəlib. Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı rekord sayda - 16 nəfər artaraq 1 196-ya çatıb. İndiyədək 51 162 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 26 113 aktiv koronavirus xəstəsi var.