"Ali baş komandanın rəhbərliyi ilə Azərbaycan ordusu hər gün yeni zəfərlə yeni tarix yazır!"

Unikal.org xəbər verir ki, bu fikirlər millət vəkili Ülvi Quliyevə məxsusdur.

Deputat sosial şəbəkədə ordumuzun düşmən texnikalarını məhv etdiyi görüntülərin əks olunduğu motivasiya xarakterli videosunu paylaşıb və bu sözləri yazıb :

"Qarabağ yolunda canından keçən şəhidlərimizin ruhunun şad olduğu günləri yaşayırıq! Eşq olsun Azərbaycan Ordusuna! 

QARABAĞ AZƏRBAYCANDIR!"