Türkiyəli müğənni Cem Belevi ilə aktrisa Zehra Yılmazın toyu təxirə düşüb.

Unikal.org  xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Buna səbəb isə Azərbaycanda müharibə olmasıdır. Yılmaz buna görə toyun vaxtını dəyişdiyini açıqlayıb.

"Anam və atam Bakıda yaşayır. Azərbaycandakı müharibəyə görə toy etməyimiz düzgün deyil. Eyni zamanda koronovirusda davam edir. Ona görə də toyun tarixini dəyişdik"- deyə, aktrisa  açıqlamasında bildirib.