Fransa paytaxtı Parisdəki Zəfər tağının ətrafında bomba həyəcanı yaşanıb, ərazidəki insanlar təxliyə olunub.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidmətinin nümayəndəsi bildirib.

“Bomba olması ilə bağlı məlumat daxil olub. Polis əməkdaşları təfərrüatları dəqiqləşdirmək üçün əraziyə cəlb olunub”, - deyə mənbə qeyd edib.

Onun sözlərinə görə, Zəfər tağı ətrafında təhlükəsizlik xətti yaradılıb.