İspaniyanın “Barselona” futbol klubunun prezidenti Xosep Bartomeu vəzifəsindən istefa verib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, Bartomeu ilə birlikdə klubun İdarə Heyətinin üzvləri də vəzifələrindən getməyə hazırlaşır.

Məlumata görə, istefaya səbəb Xosep Bartomeuya etimad göstərilməməsidir. Klubun mətbuat xidməti hələlik bununla bağlı rəsmi açıqlama yaymayıb.