Bu gün günorta saatlarında Bərdə rayonunda atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət alıb. Bizim xəstəxanaya 26 yaralı daxil olub. Bunların 19 nəfəri kişi, 7-si qadındır.

Unikal.org xəbər verir ki, bunu Yevlax Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov deyib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən xəstələrin bir çoxunun vəziyyəti ağırdır.

Onlar hazırda reanimasiyadadır.