Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Həsənov Novruz Muxtər oğlu torpaqlarımızın işğalçılardan azad olunması uğrunda gedən döyüşlərdə verilən döyüş tapşırığının öhdəsindən layiqincə gəlir.

Unikal.org Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, N.Həsənov top komandiri olaraq dəqiq atəşlə düşmənin 3 ədəd KS-19 topunu məhv edib.