İran aparıcı rolun bölgə ölkələrinə həvalə ediləcəyi təqdirdə, Dağlıq Qarabağdakı vəziyyəti həll etmək üçün məsuliyyəti üzərinə götürür.

Unikal.org xəbər verir ki, bu barədə İran XİN-nin rəhbərinin müavini Abbas Araqçi cümə axşamı Moskvaya səfəri zamanı bildirib.

“Biz məsuliyyəti üzərimizə götürürük və böhranı həll etməyə kömək edəcəyik. Biz bu böhranın həll edilməsində əsas rol oynayan ölkələrdən regional yanaşma təklif etmişik”, - A.Araqçi deyib.

İran nümayəndəsi, həmçinin bildirib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində özünün qeyri-effektliyini göstərdi.