Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı – qardaş ölkədə respublika üsul-idarəsinin qurulmasının 97-ci ildönümü geniş qeyd olunur. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Türkiyədə respublika qurulduğunu elan edib.

Unikal.org xəbər verir ki, Azərbaycanda döyüş bölgələrindəki mülki vətəndaşlar, Türkiyə Respublikasının Cümhuriyyət bayramı münasibəti ilə qardaş xalqı təbrik edib. Vətəndaşlar iş yerlərini, evlərini, avtomobillərini Türkiyə və Azərbaycan bayraqları ilə bəzəyiblər.