Baş Prokurorluğun Mətbuat xidməti Goranboyda mülki şəxsin öldürülməsi ilə bağlı məlumat yayıb. 

Unikal.org həmin məlumatı təqdim edir:

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.

29.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Goranboy rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulmuşdur.

Bu gün saat 17 radələrində Goranboy rayonu, Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1967-ci il təvəllüdlü Ziyadova Flora Qaraş qızı həlak olmuş, yaşayış evinə isə ciddi ziyan dəmişdir.

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

***

17:10

“Goranboy rayonunun Tap kəndində daha bir mülki şəxs Ermənistan silahlı qüvvələri tərəfindən öldürüldü. Raket evlərinin damına düşdü”.

Unikal.org xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.

“Ermənistanın hərbi cinayətləri davam edir”, - deyə H. Hacıyev qeyd edib.