Şərqi Qüdsdəki bəzi bazarlarda Fransa Prezidenti Emmanuel Makronun antiislam münasibətinə cavab olaraq fransız məhsullarının satışı qadağan edilib.

Unikal.org xəbər verir ki, Makronun Hz. Məhəmmədi hədəf alan karikaturaları müdafiə etməsi və islam əleyhinə açıqlamaları bütün islam dünyasında olduğu kimi, Fələstində də reaksiya ilə qarşılanıb.

Qüdsdəki əksər bazarlarda fransız malları rəflərdən çıxarılıb və satışı dayandırılıb.

Fransız mallarının boşaldıldığı rəflərdə “Fransız məhsullarını boykot edirik” yazıları asılıb.