"New York Times" qəzeti, ABŞ Prezidenti Donald Trampın 2010-cu ildən bəri Çikaqodakı investisiya layihəsinin borclarını ödəmədiyi üçün bağışlandığını yazıb.  

Unikal.org xəbər verir ki, qəzet Trampın şirkətlərinin itkisinin qazancdan çox olduğunu əsas gətirərək 10 il ərzində heç bir vergi ödəmədiyini və 2016/2017-ci illərdə hər birinə yalnız 750 dollar vergi ödədiyini qeyd edib. Belə ki, "New York Times" qəzeti Trampın Çikaqodakı investisiya layihəsinin  287 milyon dollar borcunu  bağışlandığını iddia edib.

Bununla da, Tramp  barəsində yayılan iddialara cavab olaraq "Twitter" hesabından, "Bu, məni pis adam deyil, ağıllı adam etmirmi?" -  deyə şərhini yazıb.