“Human Right Watch” təşkilatı işğalçı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə zərbələr endirdiyinə dair açıqlama yayıb.

Unikal.org xəbər verir ki, təşkilat açıqlamasında erməni qüvvələrinin 28 oktyabr 2020-ci il tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km qərbdə yerləşən Bərdə şəhərini istifadəsi beynəlxalq səviyyədə qadağan edilmiş kassetli raketlərlə vurduğunu təsdiqləyib.

Qeyd olunub ki, hücum nəticəsində 21 mülki vətəndaş həlak olub, 70 nəfər xəsarət alıb.