Ermənistanın hərbi-siyasi rəhbərliyi barəsində başlanan cinayət işləri üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib.

Unikal.org xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, istintaq hərəkətləri çərçivəsində 1700 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və dindirilib: "Həmçinin tibbi, ballistik və digər ekspertizalar təyin edilərək keçirilib".