“Zouaves Paris” ekstremist qruplaşmasının lideri Mark de Kakkere-Valmenir Dağlıq Qarabağa yollanıb.

Unikal.org xəbər verir ki, bu barədə ekstremist qrupun rəhbəri "İnstagram" hesabında məlumat paylaşıb.

O, əlində avtomatlı fotosunu paylaşaraq "İstiqamət cəbhə" yazıb.

Bundan əlavə, Valmenir ermənilərə dəstək məqsədilə xarici könüllülər briqadası yaratmaq niyyətində olduğunu vurğulayıb.