Portuqaliya millisinin və "Yuventus"un futbolçusu Kriştiano Ronaldo koronavirusdan sağalıb.

Unikal.org xəbər verir ki, portuqaliyalı hücumçunun son koronavirus testi mənfi çıxıb.

Qeyd edək ki, Ronaldo oktyabrın 13-ü koronavirusa yoluxmuşdu.  Bu səbəbdən 35 yaşlı oyunçu bir neçə matçı buraxmaq məcburiyyətində qalmışdı.