Gürcüstanda keçirilən parlament seçkilərini 48 beynəlxalq və 120 yerli təşkilat müşahidə edir. 

Unikal.org xəbər verir ki, parlament seçkilərini ATƏT/DTİHB, NATO Parlament Assambleyası (PA), AŞPA, GUAM və.s təşkilatların nümayəndələri müşahidə edirlər. 

Gürcüstan MSK-nın məlumatına əsasən parlament seçkilərini Azərbaycandan MSK-nın nümayəndələri, həmçinin Milli Məclisin deputatlarından ibarət deleqasiya müşahidə edir.