Zəlzələdə ölənlərin sayı daha 2 nəfər artaraq 39 olub. 

Bu barədə Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir.

***

21:55

Türkiyənin qərbindəki İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 37 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 885 nəfər xəsarət alıb. Hazırda 9 binanın dağıntıları altında axtarışlar aparılır.

Bundan başqa, İzmirə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koordinasiya mərkəzində ərazidə aparılan axtarış-xilasetmə işləri ilə tanış olub.

***

19:39

İzmirdə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib. Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən 243 yaralının müalicəsi davam etdirilir. Onlardan 8 nəfər reanimasiya şöbəsinə yerləşdirilib, üç nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində vəziyyətlə tanış olmaq üçün İzmirə gedəcək.

***

17:09

Türkiyənin İzmir əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 28-ə yüksəlib.

Bu barədə Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir.

***

15:49

Türkiyənin İzmir əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 26-ya, xəsarət alanların sayı isə 885-ə yüksəlib.

Unikal.org xəbər verir ki, məlumatı NTV yayıb.

Dağıntılar altından 100-dən çox insan çıxarılıb. İzmirdə məktəblər bir həftəlik bağlanıb.

Qeyd edək ki, oktyabrın 31-də İzmirdə 6,6 bal gücündə zəlzələ olub.

*** 12:17

İzmirdə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yaralı sayı 804 nəfərdir.

***10:03

Türkiyənin İzmir şəhərində 6,9 ballıq zəlzələnin ardınca afterşoklar davam edir. 

Unikal.org-un Türkiyə mediasına istinadən xəbərinə görə, bu gün səhər 5 bal gücündə daha bir zəlzələ olub. 

İzmirdə hiss edilən zəlzələ 7.1 km dərinlikdə qeydə alınıb.