“İzmirdə baş vermiş zəlzələdə 26 nəfər ölüb, 885 nəfər xəsarət alıb”. 

Unikal.org-un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Van vilayətində keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

O bildirib ki, 15 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Türkiyə Prezidenti qeyd edib ki, zəlzələnin törətdiyi fəsadlar aradan qaldırılacaq.