Türkiyədə son sutka ərzində daha 75 nəfər koronavirusdan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 10 252-ə çatıb. Həmçinin COVİD-19-a yoluxanların sayı bir gündə 2213 nəfər artaraq 375 367-ə yüksəlib. Ümumilikdə 14 milyondan çox insan testdən keçirilib.

Ağır xəstələrin sayı 2075 nəfər təşkil edir.