Futbol üzrə İslandiya çempionatı və kuboku vaxtından əvvəl başa çatdırılıb.

Unikal.org xəbər verir ki, bu barədə İslandiya Futbol Federasiyası məlumat yayıb. Xəbərdə bu addımın koronavirus pandemiyası səbəbindən atıldığı diqqətə çatdırılıb. 

Qeyd edək ki, 18 turdan sonra 44 xalı olan “Valyur” klubu sona 4 oyun qalmış çempion elan olunub.