Uels millisinin baş məşqçisi Rayan Giqqz qarşıdakı 3 oyunda komandaya rəhbərlik etməyəcək.

Unikal.org xəbər verir ki, bu barədə Uels Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Sevgilisini döydüyü üçün istintaqa cəlb olunan Giqqzi köməkçiləri Robert Peyc və Albert Steyvenberq əvəzləyəcək. ABŞ, İrlandiya və Finlandiya ilə matçlarda komanda bu məşçilərin rəhbərliyi ilə meydana çıxacaq. Qarşıdakı oyunlar üçün millinin heyəti noyabrın 5-də açıqlanacaq.

Qeyd edək ki, sevgilisini döyməkdə şübhəli bilinən Giqqz polis bölməsində bir neçə saat saxlanılıb. O, istintaq başlayanadək  sərbəst buraxılıb.

Əlavə edək ki, bu, Giqqzin ilk qalmaqalı deyil. O, kiçik qardaşı Rodrinin həyat yoldaşı ilə də eşq macərası yaşayıb. 2011-ci ildə bundan xəbər tutan Rodri həyat yoldaşından ayrılıb. Bundan başqa, Giqqz bir neçə dəfə özündən yaşda xeyli kiçik olan xanımlarla yaxalanıb.