UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində “İnter”ə 3:2 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunu şərh edən fransalı mütəxəssis, müdafiəçi Serxio Ramosun gələcəyi ilə bağlı da danışıb:

“Çox yaxşı oyun oldu. Üç xal qazanmalı olduğumuz oyun idi və bunu bacardıq. Futbolçuların çıxışından məmnunam. Sona qədər mübarizə apardıq və layiqli qələbə qazandıq.

Ramosun nə qədər möhtəşəm futbolçu olduğunu bilirik. Sevinirəm ki, bu gün vurduğu qolla bizə kömək etdi. O, bizim kapitanımız, liderimizdir. Ramosun burda qalmasını istəyirik. Onun “Real”da qalacağına şübhə etmirəm”.