"Portu" futbolçusu Pepe ilə yeni müqavilə imzalayıb.

Unikal.org klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2022/2023 mövsümünün sonuna kimi uzadılıb.

Qeyd edək ki, Pepe 2019-cu ildən "Portu"da oynayır. O, 2007-ci ildən isə Portuqaliya millisinin şərəfini qoruyur.