Türkiyə Super Liqasının VIII turunda "Sivasspor"un qonağı olacaq "Qalatasaray" rəqibininin bu gün "Qarabağ"la UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda keçirəcəyi oyunu izləyəcək.

Unikal.org "Sabah" nəşrinə istinadən xəbər verir ki, "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

"Sivasspor" - "Qalatasaray" matçı isə noyabrın 8-də baş tutacaq.