Azərbaycan Premyer Liqasının təxirə salınan “Sabah” – “Zirə” matçının vaxtı dəqiqləşib.

Unikal.org məlumatına görə, IX turun bu gün keçirilməli olan oyunu noyabrın 8-də baş tutacaq.

“Sabah”ın futbolçularında koronavirus aşkarlandığı üçün təxirə salınan matç saat 17:00-da start götürəcək.

Azərbaycan Premyer Liqası
8 noyabr (bazar) 
17:00. “Sabah” – “Zirə” 
“Bank Respublika Arena”, 17:00