"İvanişvilinin ağzının üstündən tərs şillə vurmağın zamanı çatıb"
"İvanişvilinin ağzının üstündən tərs şillə vurmağın zamanı çatıb"

"Azərbaycanda islahatların aparılması zəruridir"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev xarici siyasətdə ki, problemlərə toxunaraq Gürcüstanla bağlı sərt fikirlər səsləndirib. O, bildirib ki, bu il Azərbaycan xarici siyasətdə çox önəmli uğurlar, nailiyyətlər əldə edib. Doğrudur, Azərbaycanın 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi faliyyətə başlayıb, amma bunu o zaman böyük nailiyyət kimi qiymətləndirmək olardı ki, bu hadisə torpaqlarımızın işğaldan azad olunmasına bu və ya digər şəkildə öz töhfəsini vermiş olsun.

Amma 2012-ci ildə, xüsusilə də 2012-ci ilin ikinci yarısında Dağlıq Qarabağ probleminin tənzimlənməsilə bağlı danışıqlar demək olar ki, dondurulub. Rusiya bu prosesdən çıxıb. Azərbaycanın da Minsk qrupuna həmsədrlik edən ölkələrin qarasınca danışmaqdan başqa əlindən bir iş gəlmir. Yəni bizim onları daha ədalətli olmağa dəvət etməyimiz heç bir nəticə vermir. Biz onları vasitəçilik missiyalarını ləyaqətlə yerinə yetirməyə məcbur edə bilmərik. Ona görə ki, onlar dünyanın super gücləridir. Bizim əgər elə gücümüz olsaydı elə ermənilər öz torpağımızdan qovardıq...
Əgər ermənilərə təzyiq edə bilmiriksə, dünyanın super güclərinə təzyiq etməyimiz mümkün deyil. Biz məğludiyyətin acısı ilə, mili qürurumuzun aşağılanmasıyla yaşamağa davam edirik... Bu reallıq insanlarımızın ürəyini paramparça edir. Xalqımız bu ağrını, bu acını yaşamaq məcburiyyətindədir və bu dünyada gücsüzlüyün, çarəsizliyin gətirdiyi ağrıdan ağır heç nə yoxdur...
...Təəssüf ki, bu gün qonşu dövlətlərlə münasibətlərimiz də bir o qədər ürəkaçan deyil. Rusiya ilə münasibətlərdə gərginlik yaranıb. İranla münasibətlərə gəldikdə isə, hesab etmirəm ki. 2012-ci ildə vəziyyət yaxşılığa doğru dəyişib. Əksinə bir az da pisləşib. Ermənistanla məsələ aydındırYeganə normal münasibətdə olduğumuz ölkə Türkiyədir. Türkiyə ilə də zaman-zaman aramızda bu və ya digər məsələlərlə əlaqədar olaraq fikir ayrılıqları, ziddiyyətlər yaranır. . Gürcüstanla isə münasibətlər İvanaşvili hakimiyyətdə gəldikdən sonra pisləşməyə doğru davam eləyir...
Hesab edirəm ki. Azərbaycan hökuməti İvanaşvili ilə bağlı məsələdə son dərəcədə ehtiyatlı siyasət yürüdür. Bizim bu ehtiyatlı adlandırdığımız, amma reallıqda qorxaq xarici siyasətimiz həmişə öz mənfi nəticələrini verib. Bir məsələni - Kremlin köməkliyi ilə Azərbaycan torpaqlarnı işğal edən Ermənistan da öz dövlət müstəqilliyini elan etdiyini mən həmişə ürək ağrısıyla xatırlayıram. Azərbaycan öz dövlət müstəqilliyini elan etmək üçün Gürcüstandan və Ermənistandan sonra özündə cəsarət tapdı. Bu ötən əsrin əvvəllərində də belə olmuşdu...
Azərbaycan İvanaşvili ilə onun başa düşdüyü dildə danışmalıdır. Vaxtilə bizim partiyanın da bu barədə bəyanatı olub. Mən o zaman söyləmişdim ki, əgər Azərbaycan düzgün siyasət yürütsə və Gürcüstandakı siyasi qüvvələrlə ciddi əlaqələr qursa, mən əminəm ki, 2013-ci ilin iyun ayınadək tamamilə ifşa olunacaq və onun Gürcüstanın deyil, Rusiyanın maraqlarından çıxış edən bir iş adamı olduğu üzə çıxacaq. Yeri gəlmişkən onu da deyim ki, çox nadir hallarlda biznes adamından yaxşı siyasətçi çıxır. İvanaşvili seçki kampaniyasına xeyli vəsait xərcləyib. Görünür dövlət işinə də, siyasi fəaliyyətə də bir biznes əməliyyatı kimi baxır və fikirləşir ki, xərclədiyi pulları Gürcüstandan çıxarmaq çətin olacaq. Buna görə də xərclədiyi pulları Azərbaycan almaq istədiyi payla kompensasiya etmək fikrinə düşüb. Amma onun yerinə otuzdurulması üçün hansısa nazirliyin mətbuat katibi, yaxud hansısa şirkət rəhbəri səviyyəsində yox, daha yüksək səviyyədə, xarici işlər naziri səviyyəsində, ondan daha yüksək səviyyədə bu insanın ağzının üstündən tərs şillə vurmağın zamanı gəlib çatıb. Psixi problemləri olan xəstələrə, xüsusilə də isteriya vəziyyətə düşən şəxslərə bəzən qulağının dibinə bir sillə vururlar ki, özünə gəlsin. Düşünürəm ki, İvanaşvinili də özünə gətirməyin vaxtıdır. Əks təqdirdə bizim yürütdüyümüz ehtiyatlı siyasət İvanaşvilininin indikindən daha səfeh iddialarla çıxış etməsinə zəmin yarada bilər.
Fuad