Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

Unikal.org xəbər verir ki, paylaşımda deyilir:

"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə bütün həmvətənlərimizi səmimi-qəlbdən təbrik edirəm! Bizim qəlblərimiz öz bayrağımıza və Vətənimizə görə həmişə qürur hissi ilə dolu olacaq! Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətli Azərbaycan səmasında əbədi dalğalansın!"