“Rusiya Qarabağda hansı anlayış içərisində yer alırsa, bizim müşahidə və monitorinq heyətlərimiz də orada eyni anlayışla yeri alacaq”.

Unikal.org xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə nəzarət mexanizmi ilə bağlı sualı cavablandırarkən bildirib.

Türkiyə Prezidenti deyib ki, hazırda Rusiya orada bəlli nöqtələrə yerləşməyə başlayıb: “Danışıqlar gərək xarici işlər nazirlərimiz arasında aparılsın, eyni zamanda indi Rusiyadan bura bir heyət gəlir, burada da danışıqlar aparılacaq”.