Orta Amerika ölkələrinə təsir edən "Eta" qasırğası 200 nəfərdən çox insanın həyatına son qoyub. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,  təbiət hadisəsi  Orta Amerika ölkələri olan Honduras, Qvatemala, Panama və Nikaraquadan yan ötməyib.  

Məlumata görə, səlahiyyətli qurumlar qasırğanın yaratdığı güclü yağışlar səbəbindən minlərlə evin zədələndiyini və 100-dən çox yolun və körpünün yararsız hala gəldiyini açıqlayıb. 

Fəlakətdən ən çox təsirlənən ölkələrdən biri olan Qvatemalada 150 nəfər dünyasını itirib.  Daşqın altında qalan minlərlə insan hərbi helikopterlər vasitəsi ilə təxliyyə olunur.

Xilasetmə işlərinin çətin həyata keçirildiyi bölgələrdə hələ də onlarla insanın itkin olduğu təxmin edilir.