"İnstagram" sosial şəbəkəsinin işində bir neçə ölkədə nasazlıqlar müşahidə edilir.

Unikal.org xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" xidmətinin saytında məlumat verilib.

Məlumata əsasən, nasazlıqlar ən çox ABŞ,Braziliya, Kolumbiya, Çili, Fransa, Ukrayna və Avstraliyada qeydə alınıb.

İstifadəçilərin təxminən 86 faizi tətbiqin xəbər lentində, 7 faizi "stories" bölməsində, 6 saytın işində problemlərlə qarşılaşıb.