Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) daha 587 nəfər yoluxub.

Unikal.org-un məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 118 491 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 108 632 nəfəri sağalıb, 1 899 nəfəri isə vəfat edib.