Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşviliyə koronavirus diaqnozu qoyulub.

Unikal.org xəbər verir ki, nazir özünü hazırda yaxşı his edir. L.Davitaşvili evdə müalicə olunur və distant iş rejiminə keçib. Onun təmasda olduğu bütün şəxslər özlərini təcrid ediblər.